Bulvar İdarəsinin sabiq sədri milyonlarla manatı vergidən yayındırıb

İlqar Mustafayev
İlqar Mustafayev

Korrupsiya ittihamı ilə həbs edilmiş Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 2 milyon manata yaxın vergidən yayınıbmış. AzPost-un Qaynarinfo-ya istinadən məlumatına görə, Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda sabiq sədrin dövrü yoxlanılıb.

Yoxlama zamanı səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1.827.607,21 manat əlavə vergi, 933.664,54 manat maliyyə sanksiyası hesablanıb.

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.809.100,39 AZN vergi borcu var.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.