Ali Rada Zelenskiyə dəstək bəyanatını təsdiqləyib

Ukrayna Ali Radası 268 səslə Prezident Volodimir Zelenskiyə dəstək verilməsini ifadə edən bəyanatı təsdiqləyib.

APA-nın “strana.ua”ya istinadən məlumatına görə, səsvermə ikinci dəfə keçirilib.

İclasda iştirak edən 12 parlamentari sənədə səs verməyib.

Xatırladaq ki, ilk müzakirələr zamanı həmin sənəd cəmi 218 deputatın dəstəyini qazanmışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.