Xocalıya köçürülən 200 sakin işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramlarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu sahədə görülən işlər çərçivəsində Agentlik doğma yurd yerlərinə – Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğunu təmin edib. O cümlədən Xocalının 40 sakini üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub.

Hazırda daha 80 sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.