YAP-çı deputatın oğlu atasının əvəzinə namizədliyini irəli sürüb –DSK təsdiq edib

 Daha bir deputatın övladı seçkilərə qatılıb.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun oğlu Səid Kazımov 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən seçkilərə qatılıb. Onun namizədliyi  69 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən artıq qeydə alınıb. Onu da qeyd edək ki,  ixtisasca hüquqşünas olan S. Kazımov  ARMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır. Onun 38 yaşı var.

Qeyd edək ki, 4 dəfə millət vəkili Mirkazım Kazımov bu dəfə YAP-ın siyahısından kənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.

Xatırladaq ki, həmin dairədən Milli Məclisin  deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli namizədliyini irəli sürüb.

YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 14 yaşlı qız itkin düşüb –

Sonrakı məqalə

Bakıda itkin düşən 14 yaşlı Mədinə tapıldı