“Zelenski sülhə hazır deyil, hörmətsizlik etdi” – Trampdan əsəbi reaksiya –Zelenski Ağ Evi tərk etdi, brifinq ləğv edildi - VİDEO

“Zelenski sülh yolu ilə nizamlanmaya hazır deyil və Ağ Evdə ABŞ-a hörmətsizlik nümayiş etdirib”.

AzPost bildirir ki, bu barədə ABŞ Prezidenti Tramp Zelenski ilə danışıqlardan sonra sosial şəbəkədə  bildirib.

“Bu gün Ağ Evdə çox vacib görüşümüz oldu. Bu qədər odlu və təzyiq altında danışdan çox şeylər öyrəndik. Emosiyalar vasitəsilə ortaya çıxanlar heyrətamizdir. Prezident Zelenski sülhə hazır deyil, çünki o, bizim iştirakımızın danışıqlarda ona böyük üstünlük verdiyini hiss edir. Mənə üstünlük lazım deyil, Sülh istəyirəm. O, Amerika Birləşmiş Ştatlarının əziz Oval Ofisində ona hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”.

Tramp əlavə edib ki, Zelenski sülh yolu ilə nizamlanmaya hazır olduqda danışıqlar üçün ABŞ-a qayıda bilər.

CNN bildirir ki, Tramp və Zelenskinin Ağ Ev görüşündə mübahisə etdikdən sonra mətbuat konfransı ləğv edilib.

Zelenski Ağ Evi tərk edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.