Kremldən ilk açıqlamalar: Zelenski diz çökməli olacaq
“Bu faydalıdır, amma kifayət deyil. Hərbi dəstək dayandırılmalıdır. Tramp ilk dəfə kokain təlxəyinə həqiqəti söylədi ki, üçüncü dünya müharibəsi ilə oynayır”.
AzPost xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Tramp-Zelenski görüşünün yekunun şərh edərkən deyib.
Görüşlə bağlı fikrini bölüşən Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev isə deyib: “Zelenski bu raundda uduzdu. Zelenski növbəti turda diz çökməli olacaq”.
“Ukraynalılar eşitmək istəyirlər ki, Amerika Rusiya ilə deyil, bizim tərəfimizdədir”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski Trampla görüşündən sorna açıqlamasında deyib.
Zelenski əlavə edib ki, təhlükəsizlik məslələri olmadan sadəcə atəşkəs xalqımız üçün həssas məsələdir.
“Belə bir mübahisə hər iki tərəfə yaraşmır. Mən çox açıqam, amma Ukraynanın Rusiyaya münasibətini dəyişə bilmərəm. Onlar qatildir”, – Zelenski qeyd edib.