Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycanda siyasətçi vəfat etdi

Orkhan Ali 02 Mart 2025 - 14:12 (Last updated: 21 May 2025 - 20:15)
7a1abcb084b232a0c0efb60d83926adf_teleqraf.comedits_(1)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, siyasətçi Felmar Ələkbərlı 75 yaşında vəfat edib.

AzPost xəbər verir ki, bunu VHP sədi Sabir Rüstəmxanlı bildirib.

“Siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan, siyasətçi Felmar Ələkbərlı bu gün haqqa qovuşdu. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, S.Rüstəmxanlı qeyd edib.

Qeyd edək ki, Ələkbərov Felmar Əli oğlu 10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.

1967-ci ildə Ağdam rayonu, Mahrızlı kənd orta məktəbini və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin “kimyaçı mühəndis” ixtisasını bitirib.

1968-ci ilin may ayindan 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib.

1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .

1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayəndə heyətinin üzvü olub.

1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib. 1994-cü ildə işdən azad edilib.

Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən və 2015-ci ildə isə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.

1997-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov rayon təşkilatının üzvü olub.

2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 2007-2021-ci illərdə VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədr olub. 2021-ci il 14 fevral tarixində VHP Ali Məclisinin sədri və partiya Siyasi Şurasına üzv seçilib.

Post navigation

Previous: Binədəki yanğında xəsarət alanların vəziyyəti ağırdır
Next: Sabirabadda şəhid adı verilən küçə acınacaqlı halda

Oxşar xəbərlər

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.