Sabirabadda şəhid adı verilən küçə acınacaqlı halda

Şəhid Mehman Məmmədov küçəsi
Şəhid Mehman Məmmədov küçəsi

Sabirabadda 3 000-ə yaxın insanın yaşadığı şəhid Mehman Məmmədov küçəsinin sakinləri yollarının baxımsız vəziyyətdə olmasından şikayətçidirlər.

Vətəndaşlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini bildirsələr də, problemə baxılmadığını iddia edirlər.
“Yollarımızın vəziyyəti pisdir, uşaqlar məktəbə gedə bilmirlər. Maşın olmasa, palçığa görə heç kim heç yerə gedə bilməz. Bura şəhid küçəsidir, amma gəlib baxan yoxdur”, – sakinlərdən biri narazılığını bildirib.
Vətəndaşların şikayətinə cavab olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, yaxın zamanda bütün şəhid küçələri kimi Mehman Məmmədov küçəsinə də asfalt vurularaq abadlaşdırılacaq.
Mənbə: Baku.tv
Məmmədov Mehman Sahibəli oğlu 1971-ci ilin yanvarın 26-da Qalağayın kəndində anadan olmuşdur.VIII sinfi kənddə qurtardıqdan sonra Sabirabad rayon 135 saylı texniki-peşə məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir.1990-cı ilin yanvarın 19-u gecəsi Rusiya hərbi birləşmələrinin Azərbaycana təcavüzü zamanı küçələrə çıxmış minlərlə el oğlanlarımız içərisində Mehman da var idi. Məzarı kənd qəbiristanlığındadır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.