Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Həddindən artıq istilər daha sürətli qocalmağımıza səbəb olurmu?

Orkhan Ali 03 Mart 2025 - 22:29 (Last updated: 21 May 2025 - 20:15)
hava isti02
Yeni araşdırmalar uzunmüddətli istilərə məruz qalmanın orqanizmin bioloji yaşını artıra biləcəyini və bu təsirin siqaret çəkmənin nəticələrinə bənzər ola biləcəyini ortaya qoyur.
Qaynarinfo xəbər verir ki, “Science Advances” jurnalında dərc edilən tədqiqatda ABŞ-ın isti bölgələrində yaşayan yaşlı insanların soyuq ərazilərdə yaşayanlarla müqayisədə molekulyar səviyyədə daha sürətlə qocaldığı müəyyən edilib.
Araşdırma iştirakçılarının bioloji və ya epigenetik yaş göstəriciləri nəzərdən keçirilib. Bu ölçülər insanın xronoloji yaşından fərqli olaraq, bədəninin molekulyar və hüceyrə fəaliyyətinə əsaslanır. Məlum olub ki, uzun müddət yüksək temperatura məruz qalmaq bioloji yaşda 2,48 ilə qədər artıma səbəb ola bilər. Alimlər həddindən artıq istilərin bədənə təsirini siqaretin təsiri ilə müqayisə edirlər.
İqlim dəyişikliyinin təsirləri artdıqca, həddindən artıq istilər bir çox ölkə və cəmiyyət üçün ciddi problemə çevrilir. Yeni tədqiqat göstərir ki, istilər yalnız günvurma ilə məhdudlaşmır, həm də uzunmüddətli və gizli fəsadlar yarada bilər.
Tədqiqatın aparıcı müəllifi, Cənubi Kaliforniya Universitetindən Eun Yonq Çoy qeyd edib ki, yüksək temperaturun təsiri dərhal özünü göstərməyə bilər, lakin hüceyrə və molekulyar səviyyədə səssiz bir zərər buraxır. Bu isə illər sonra müxtəlif xəstəliklərə və əlilliyə gətirib çıxara bilər.
Araşdırma çərçivəsində ABŞ-da yaşayan, yaşı 56-dan yuxarı olan 3686 nəfərdən alınan qan nümunələri analiz edilib. Bu nümunələr 2010-2016-cı illər arasındakı temperatur və rütubət göstəriciləri ilə müqayisə olunub. Tədqiqat nəticəsində aşkar edilib ki, həddindən artıq istiyə məruz qalmaqla epigenetik yaş artımı arasında əlaqə var. İl ərzində günlərin yarısında istilik indeksinin 32°C və ya daha yüksək olduğu bölgələrdə yaşayan insanlar daha mülayim iqlimə malik ərazilərdə yaşayanlarla müqayisədə orta hesabla 14 ay daha çox bioloji qocalma yaşayır.
Alimlər qeyd edirlər ki, havalandırma və kondisioner kimi sərinlədici imkanlardan istifadə kimi amillər bu araşdırmaya daxil edilməyib və mövzunun daha dərindən araşdırılmasına ehtiyac var. Buna baxmayaraq, əldə olunan nəticələr qlobal istiləşmə şəraitində sağlam qalmaq üçün görüləcək tədbirlər barədə mühüm məlumatlar təqdim edir.

Post navigation

Previous: “İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi”
Next: Çay adi sudan daha sağlam ola bilər

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin görüşü mühüm əhəmiyyət daşıyır....
Read more about “Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML
Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.