Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Orkhan Ali 13 Mart 2025 - 13:17 (Last updated: 21 May 2025 - 20:15)
Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi

Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi

Prezident İlham Əliyevin müvafiq qərarı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili kimi qeyd edilməsi digər məsələlərlə yanaşı Konstitusiyaya da diqqəti artırıb, orada təsbit olunan insan hüquqlarının qorunması mövzusunu aktuallaşdırıb. Konstitusiyanın müəyyən etdiyi vacib hüquqlardan biri də Əqli Mülkiyyət Hüququdur.
Konstitusiyanın 30-cu maddəsinə görə Azərbaycanda hər kəsin əqli mülkiyyət hüququ vardır və o qanunla qorunur. Ölkəmizdə əqli mülkiyyət hüququnun həyata keçirilməsi və qorunması ilə bağlı çox saylı qanunların qəbul olunmasına, Azərbaycan Respublikasının əqli mülkiyyətlə bağlı beynəlxalq konversiyalara qoşulmasına, Əqli Mülkiyyət Agentliyinin yaranmasına və intensiv fəaliyyət göstərməsinə baxmayaraq əqli mülkiyyət hüququnun subyektləri, yaradıcı şəxslər öz hüquqlarını yaxşı bilmir əqli mülkiyyət obyektlərinin əmtəələşdirilərək öz yaradıcılıq məhsullarından maddi rifahlarının yaxşılaşdırılması üçün səmərəli istifadə edə bilmirlər. Əqli mülkiyyət məhsullarının istifadə edilməsində, hüquqların qorunmasında çox saylı mübahisələr yaranır, bu sahədə olan münasibətlər sistemi ilə bağlı problemlər ortaya çıxır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü il qrant müsabiqəsi çərçivəsində “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi “Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsinin əsas məqsədi də yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.
Bu məqsədlə Gəncə, Lənkəran, Zaqatala və Qazax şəhərlərində yaradıcılıq təşkilatlarının üzvləri, ali təhsil müəssisələrinin alimləri və rayon ictimaiyyətinin nümayəndələri üçün təlimlər təşkil edilmişdir. BDU-nin Qazax filialında keçirilən sonuncu tədbiri filialın direktoru dosent Arif Rüstəmov açaraq əqli mülkiyyət hüququnun qorunmasının xalqın intelektual potensialının artırılmasına, yaradıcı insanların maddi rifahının gücləndiriməsinə, mədəniyyətin inkişafına göstərdiyi təsirdən danışmış, belə tədbirlərin regionlarda keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilat haqqında məlumat verdi, bu layihənin icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, yaradıcılıq təşkilatlarının dəstəyini qeyd etdi, belə layihələrin əhalinin hüquqi savadlanmasına, hüquqlarla bağlı Konstitusiya müddəalarının həyata keçirilməsinə xidmət etdiyini bildirdi.
Qazax rayon icra hakiminin müavini Adil Vəliyev regionlarda yaşayan yaradıcı şəxslərin, ziyalıların, regionun mənəvi və mədəni simasının formalaşmasına köməyindən, gənclərin vətənpərvərlik tərbiyyəsinin güclənməsinə, regionların sosial iqtisadi inkişafı proqramının həyata keçirilməsinə köməyindən danışdı. Tədbirin təşkilatçılarına, Mədəniyyət Nazirliyinə və Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Heydər Mirzəyev nazirliyin yaradıcı şəxslərlə, əqli mülkiyyət hüququnun subyektləri ilə həyata keçirdiyi tədbirlər, təşkil etdiyi qrant müsabiqələri və QHT-lərlə əməkdaşlığı haqda məlumat verdi. Bildirdi ki, “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi “Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi” layihəsi yardıcı şəxslərin rifahının yaxşılaşıdırılmasına, mədəniyyətin inkişafına kömək məqsədi daşıyır. Belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Əqli mülkiyyət hüququ üzrə peşəkar təlimçilər, hüquqşünas Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev interaktiv qaydada iştirakçılar üçün təlim keçdilər.Təlim zamanı iştirakçılara əqli mülkiyyət hüququnun tarixi, mədəniyyətin inkişafında yeri, beynəlxalq əqli mülkiyyət təşkilatının fəaliyyəti, konstitusion hüquq olan əqli mülkiyyət hüququ ilə bağlı ölkəmizdə qəbul olunan normativ hüququ aktlar, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəllif hüquqları, hüquqların müdafiə mexanizmi, ayrı-ayrı sahələr üzrə ətraflı məlumat verdilər.
Yaradıcılıq təşkilatlarının üzvləri-rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və ziyalıların iştirak etdiyi tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı. Çıxış edən AYB-nin Qazax bölməsinin sədri şair, yazıçı Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Alik Bağırov,  Qazax-Tovuz Regional  Mədəniyyət İdarəsinin nümayəndəsi şairə Gülsənəm Cəlili tədbirin əhəmiyyətini qeyd etdilər, cəmiyyətimiz üçün yeni olan bu mövzuda daha geniş və əhatəli təlimlərin keçirilməsini zəruri saydılar. Xüsusilə mərkəzdən uzaqda yerləşən regionlarda belə tədbirlərin  keçirilməsi yaradıcı insanlar üçün çox faydalıdır.
Sonda iştirakçılara əqli mülkiyyət ilə bağlı hüquqi normativ aktlar və Əqli Mülkiyyət Agentliyin çap etdiyi kitablar paylandı. İştirakçıların fərdi və sahəvi problemlərinin həllinə kömək edildi, məsləhətlər verildi, praktik kömək göstərildi.

Post navigation

Previous: “Azərbaycana qarşı cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidir”
Next: “Ermənistan öz təhlükəsizliyini regionunun daxilində axtarmalıdır” –

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.