Bu şəxslər üçün də “dəfn pulu” verilə bilər – TƏKLİF

“İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib”.

AzPost Bizim.Media-ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında deputat Musa Quliyev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.
Deputat işləməyən şəxslərə də dəfn xərclərinin verilməsi məsələsinə baxılmasını təklif edib:
“Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.