Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Sabiq məmurlar həbs edildilər

Orkhan Ali 17 Mart 2025 - 17:25 (Last updated: 21 May 2025 - 20:15)
Həbs

Həbs

Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
“Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağabəy Ağayev 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhrum etmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilib. Həmçinin Ağabəy Ağayevin 2 milyon 215 min manatlıq əmlakı da müsadirə olunub.
Eləcə də digər təqsirləndirilənlər Mahir Əliyevin 236 min manatlıq əmlakı müsadirə olunmaqla 11 il 6 ay, Əjdər Fətullayev isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Məhkəmədə Sədrəddin Ağababayev barəsində də Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Belə ki, o, 10 il müddətə azadlıqdan məhrum edilib və barəsində 3 il sınaq müddəti seçilib. Hökmlə digər təqsirləndirilən İsmayıl Əlizadəyə isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.
Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Mahir Əliyev və Əjdər Fətullayevə isə 179.4, 308.2-ci, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər – Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham ediliblər.

Post navigation

Previous: Uber və Yanqo-nun sistemi ÇÖKDÜ
Next: Messi “Barselona” formasını TAPDALADI

Oxşar xəbərlər

haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38

xƏBƏR

tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen...
Read more about Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN andicme
  • Sosial

Hərbi hissələrdə gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub – MN

User 14 Noyabr 2026 - 11:17
2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.