Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Müştərilər 36 mln. manatdan çox vəsaiti “AFB Bank”dan geri çəkiblər

Orkhan Ali 18 Mart 2025 - 13:54 (Last updated: 21 May 2025 - 20:15)
AFB Bank

AFB Bank

31 dekabr 2024-cü ildə yekunlaşan 2024-cü maliyyə ilinin IV rübündə “AFB Bank”ın aktivləri 295 mln. 167,21 min manat təşkil edib.
Valyuta.Az xəbər verir ki, bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 35 mln. manat daha azdı. Belə ki, 2023-cü ilin IV rübündə bankın aktivləri 330 mln. 667,57 min manat təşkil edib.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaiti 2024-cü ilin IV rübündə 33 mln. 725,63 min manata düşüb. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 49 mln. 030,52 min manat idi.
Ticarət və investisiya qiymətli kağızları 41 mln. 575,50 min manatdan 15 mln. 862,85 min manata düşüb ki, bu da 25 mln. manatdan çox azalma deməkdir.
Banklar və digər maliyyə institutlarındakı depozitlər 30 mln. manatdan 28 mln. manata düşərək, 2 mln.luq azalma qeydə alınıb.
Sözügedən dövrdə müştərilərə verilən istehlak kreditləri 22 mln. 006,87 min manatdan 21 mln. 762,73 min manata, biznes kreditləri isə 96 mln. 225,38 min manatdan 90 mln. 056,11 min manata düşüb.
Hesabat dövründə bankın öhdəliklərində də 32 mln. manatdan çox azalma qeydə alınıb. Bankın öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə  249 mln. 998,37 min manatdan 217 mln. 950,89 min manata düşüb.
Bankdakı fiziki şəxslərin depozitlərində 13 mln. manatlıq, hüquqi şəxslərin depozitlərində isə 23 mln. manatlıq azalma qeydə alınıb. Belə ki, fiziki şəxslərin depozitləri 2023-cü ilin IV rübü ilə müqayisədə  73 mln. 245,49 min manatdan  60 mln. 107,71 min manata, hüquqi şəxslərin depozitlərində isə 95 mln. 010,80 min manatdan 72 mln. 875,45 min manata düşüb.
Rübün sonunda bankın ödədiyi mənfəət vergisi 6 dəfəyə yaxın, xalis mənfəəti isə 3 mln. manatdan çox azalıb. Bank 2024-cü ilin IV rübündə 493,33 min manat mənfəət vergisi ödəyib. Əvvəlki ilin müvafiq dövründə isə bu rəqəm 2 mln. 475,12 min manat idi.
Bankın mənfəətinə gəldikdə isə, sözügedən dövrdə bank 4 mln. 578,42 min manat xalis mənfəət əldə edib ki, bu da əvvəlki ilin IV rübündə qeydə alınan 7 mln. 652,49 min manatla müqayisədə əhəmiyyətli azalmadır.

Post navigation

Previous: Buzlaqlar olmasa, Antaraktida necə görünər?
Next: Endokrinoloji Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlandı

Oxşar xəbərlər

qaz tebii
  • İqtisadiyyat

Türkiyə Rusiyadan qaz alışını azaldır – Bayraktar səbəbi açıqladı

User 06 Noyabr 2026 - 19:32
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 06 Noyabr 2026 - 10:36
bank
  • İqtisadiyyat

Bank bağlanarsa, pulunuzu geri ala biləcəksinizmi? – Əmanətçilərə vacib xəbərdarlıq

User 05 Noyabr 2026 - 22:04

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.