Serbiyanın baş naziri Miloş Vuçeviç istefa verib, hökumət buraxılıb.
Hökumətin istefası kütləvi etirazlarından sonra baş verib.
Noyabr ayında 15 nəfərin həlak olmasıyla nəticələnən qatar qəzasından sonra Serbiyada etirazlar başlayıb.
Tələbə hərəkatının rəhbərlik etdiyi etirazlar hökumətin istefasını tələb edirdi. Son günlər etiraz dalğası böyüyərək, bir neçə 100 minlik mitinqlərə çevrilib. 4 ay davam edən etirazların nəticəsində baş nazir Miloş Vuçeviç bu gü istefa verib və hökumət buraxılıb.
Bundan sonra 30 gün ərzində Serbiyada yeni hökumət qurulmasa, vaxtından əvvəl seçki keçiriləcək.