Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bu yaşda ana olan qadınların 90 yaşına qədər yaşama ehtimalı daha yüksəkdir (ARAŞDIRMA)

Orkhan Ali 21 Mart 2025 - 20:34 (Last updated: 21 May 2025 - 20:15)
1742548008_964910f42ebd7a9e62b4deb15ef4eda3_2

Bostondakı Universitet Tibb Məktəbinin Menopause jurnalında yayımlanan araşdırmasına görə, 33 yaşdan sonra ana olan qadınlar son övladını 29 yaşına qədər dünyaya gətirən qadınlarla müqayisədə 90 yaş və daha çox yaşama ehtimalına malikdir.

AzPost-un Qaynarinfo-ya istinadən məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, təbiətən daha gec yaşda ana olmaq qabiliyyəti insan orqanizminin daha yavaş qocalmasının göstəricisidir. Lakin alimlər vurğulayır ki, süni şəkildə hamiləliyin gecikdirilməsi uzunömürlülüyə təsir göstərmir.

Araşdırmanın həmmüəllifi, Boston Universitetinin biostatistika professoru Paola Sebastiani bildirib: “Əgər siz qəsdən uşaq doğmağı gecikdirsəniz, bu, uzunömürlü olmağınıza kömək etməyəcək”.

Sebastiani və komandası “Long Life Family Study” adlı elmi tədqiqatın məlumatlarını təhlil ediblər. Bu araşdırmada uzunömürlülüklə seçilən 551 ailə iştirak edib. Tədqiqatçılar 462 qadının son övladını hansı yaşda dünyaya gətirdiyini və onların neçə il yaşadığını araşdırıblar.

Nəticələrə əsasən:

* Daha gec yaşda ana olan qadınların ömrü daha uzun olub.

* Onların 95 yaş və daha çox yaşama ehtimalı iki dəfə yüksəkdir.

Alimlərin fikrincə, daha gec yaşda ana olan qadınlarda qocalma prosesini yavaşladan və məhsuldarlığa təsir edən yaşla bağlı xəstəliklərin riskini azaldan genetik xüsusiyyətlər ola bilər.

Bu genetik xüsusiyyətlər, həmin qadınların uzun müddət uşaq doğmaq imkanına malik olmasını təmin edir və bu da onların bu genləri gələcək nəsillərə ötürmək şansını artırır.

Araşdırmanın digər müəllifi, doktor Tomas Perlz qeyd edib: “Bu tapıntılar, 100 yaş və daha çox yaşayanların 85%-nin qadın, lakin cəmi 15%-nin kişi olmasının səbəbini başa düşmək üçün açar ola bilər”.

Post navigation

Previous: Apollo astronavtının həyat yoldaşından qalmaqallı “yadplanetli” etirafları
Next: Azərbaycanda bu nazirliklər BİRLƏŞDİRİLƏ BİLƏR

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.