Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?

Orkhan Ali 22 Mart 2025 - 22:23 (Last updated: 21 May 2025 - 20:15)
Fərdi ev

Fərdi ev

“Ölkənin müxtəlif ərazilərində, xüsusilə, paytaxt Bakı və ətraf ərazilərdə yüzlərlə yaşayış massivləri, kənd və qəsəbələr mövcuddur. Bu ərazilərdə yüz minlərlə fərdi yaşayış evi inşa edilib. Fərdi yaşayış evləri inşa edilərkən mütləq şəkildə həmin ərazinin relyefi, ekoloji durumu qiymətləndirilməlidir. Bundan sonra yaşayış massivlərinin salınmasına icazə verilməlidir. Vətəndaşlar özləri də fərdi yaşayış evi inşa edərkən mütləq həmin ərazinin ekologiyasını nəzərə almalıdırlar. Bu gün Bakı ətrafı ərazilərdə, xüsusilə Abşeronda yaşayış üçün qadağan olunmuş ərazilərdə tikilmiş fərdi həyət evləri birbaşa təhlükə mənbəyidir. Məsələn, Abşerondan vulkanik dağların ətrafında yaşayış massivləri tikilib. Həmin ərazidə istənilən zaman vulkan püskürə, böyük fəlakətlə nəticələnə bilər”.

AzPost xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, yüksək gərginlikli elektrik stansiyalarının ətrafında tikilmiş fərdi yaşayış evləri də şüalanmaya məruz qalır: “Digər tərəfdən, rütubətli ərazilərdə yaşayış massivlərinin salınması həmin evlərin təmirinin qısa müddətdə bərbad vəziyyətə düşməsi ilə bərabər, insan sağlamlığına da mənfi təsirini göstərir. Buna görə də vətəndaşlar, xüsusilə, dənizə yaxın yerləşən ərazilərdə fərdi həyət evləri tikərkən mütləq ekoloqlardan, mütəxəssislərdən, coğrafiyaşünaslardan rəy almalıdırlar. Çünki Bakıda və ölkəmizin müxtəlif bölgələrində seysmik, sürüşməmeyilli torpaq sahələri mövcuddur. Bu kimi ərazilərdə zamanla sürüşmələr səbəbindən evlərdə çatlar və dağıntılar əmələ gəlir”.

E.Fərzəliyevin sözlərinə görə, sıx şəkildə tikilmiş, işıq düşməyən, işıqlandırması az olan mənzillərdə daha çox xəstəliklər yaranır: “Bu, rütubətli mənzillərdə vərəm çöplərinin əmələ gəlməsinə səbəb olur. Təkcə Bakıda, Abşeronda deyil, Lənkəran, hətta Xaçmaz zonasında tikilən evlərdə də kəskin rütubət insan sağlamlığına ciddi zərər vurur. Digər tərəfdən, insan gözü daim uzaq və yaxın məsafəyə baxmalıdır. Daim evdə yaşayan sakinlərin yaşadıqları binaların qarşısında, yaxud fərdi həyət evlərinin tam yanında villa tipli mənzillər, yaxud çoxmənzilli bina tikilibsə, vətəndaşın həmişə yaxın məsafəni görməsi onda mütləq göz zəifləməsinə gətirib çıxarır. Yəni binalararası məsafənin yaxın olması da bu binalarda yaşayan insanların gözlərinin zəifləməsinə səbəb olur”.

Post navigation

Previous: Paytaxtda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək?
Next: Əkrəm İmamoğlu prokurorlar qarşısında ifadə verir

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda əməkhaqlarının artımı bütün sahələrdə eyni templə getmir. Bəzi iqtisadi fəaliyyət istiqamətlərində çalışanların orta aylıq gəliri 3-4...
Read more about Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.