Mehriban Rəhimli “QHT işi” ilə bağlı məsuliyyətinə cəlb olundu

Mehriban Rəhimli
Mehriban Rəhimli

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “QHT işi” ilə bağlı başladılan istintaqa daha bir məşhur şəxs cəlb olunub.

AzPost Gununsesi.info-ya istinadla xəbər verir ki, bu, ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlidir.

Məlumatda bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Xatırladaq ki, bundan əvvəl bir sıra tanınmış şəxslər bu iş çərçivəsində cinayət məsuliyyətinə cəlb ediliblər və onlarla QHT rəhbəri istintaqa dəvət olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.