“Google” uşaqlar üçün süni intellekt yaradacaq

Google” korporasiyası “Gemini” süni intellektinin uşaqlar üçün nəzərdə tutulmuş yeni versiyasını yaratmağı planlaşdırır.

Bu haqda “Android Authority” portalı məlumat yayıb.

Bildirilib ki, “Gemini”nin xüsusi versiyası uşaqların öz smartfonlarında neyroşəbəkə ilə qarşılıqlı əlaqəyə girməsinə imkan verəcək.

Uşaqlar hekayələrin yazılmasında, ev tapşırıqlarının yerinə yetirilməsindən və ümumilikdə təhsil və tədrislə bağlı məsələlərdə süni intellektin köməyindən yararlana biləcəklər.

Onlayn nəşrin yazdığına görə, versiyanın bir özəlliyi də onda senzura ilə bağlı ölçülərin daha sərt olması olacaq. Sistem elə qurulacaq ki, neyroşəbəkədə emal olunan verilənlər, o cümlədən, istifadəçilərə aid şəxsi kontent internetə yol tapa bilməyəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.