Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektdən istifadə olunur

Orfaqrafiya
Orfaqrafiya

Türkdilli ölkələrdən ilk dəfə Azərbaycanda Orfoqrafiya Lüğətinin hazırlanmasında süni intellektin dəstəyindən istifadə olunur.

AzPost report-a istinadla xəbər verir ki, bunu AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda süni intellektin köməyi ilə orfoqrafiya lüğəti üzərində sürətli iş aparır: “Bu sürətlə davam etsək, Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti bu ilin sonuna qədər nəşr olunacaq”.

N.Məmmədli hazırda 180 minlik söz bazasının yaradıldığını qeyd edib:

“Lakin bu, hələ yekun deyil. Sözlərin işlənmə tezliyinə görə saf-çürük edilməsi prosesi davam edir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.