ABŞ atəşkəs tədbirlərinin hazırlanması prosesinin son mərhələsindədir- Zelenski

Zelenski
Zelenski

Ukrayna tərəfində məlumat var ki, ABŞ atəşkəs tədbirlərini başa çatdırmaq üzrə son mərhələyə çatıb.

APA “Informator.ua”ya istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.

O, həmçinin vurğulayıb ki, ilk növbədə tam atəşkəs təmin edilməlidir. Yalnız bundan sonra Ukrayna növbəti addımları, o cümlədən Rusiya ilə hər hansı bir formatda danışıqları müzakirə etməyə hazırdır.

Zelenskinin sözlərinə görə, amerikalılar Rusiyaya təzyiqləri artırmalıdır.

“Danışıqların baş tutması üçün rusların sadəcə olaraq qatil olmaması lazımdır. İndi onlar sadəcə şeytandırlar”, – Zelenski brifinqdə deyib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna ilə ABŞ arasında yeraltı minerallarla bağlı yeni razılaşma layihəsi son mərhələdədir və təkliflər növbəti həftə təqdim olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.