Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Türkiyə Suriyada qalacaq, İsrail geri çəkiləcək: Tramp –

Orkhan Ali 09 Aprel 2025 - 14:43 (Last updated: 21 May 2025 - 20:15)
Yaxın Şərq

Yaxın Şərq

İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona son iki ayda baş tutan ikinci səfərinin iki əsas mövzusu var idi: İranın nüvə proqramı və Suriyada Türkiyə-İsrail gərginliyi. Bunu Ağ Evdə keçirilən mətbuat konfransında Netanyahu və Trampın açıqlamalarından da hiss etmək olardı.

İranla bağlı məsələ əslində aydındır: Netanyahu Trampı İrana qarşı hərbi əməliyyatlara sövq etməyə çalışır. İsrail baş naziri hazırda regionda yaranmış əlverişli vəziyyətdən istifadə edərək İranın hərbi və nüvə infrastrukturunu sıradan çıxarmağa çalışır. Əlbəttə, bunu İsrail təkbaşına edə bilməz, ABŞ-ın dəstəyi lazımdır. Ancaq belə görünür ki, Tramp hər nə qədər Netanyahu ilə yaxın münasibətlərə malik olsa da, İrana qarşı addımlarda baxışı fərqlidir. Ağ Evin sahibi hələlik diplomatiyanın gücündən istifadə etməyə üstünlük verir.

erdogan-tramp1.jpg (42 KB)

Suriyada isə vəziyyət daha mürəkkəbdir. Bəşər Əsədin devrilməsindən sonra İran Suriyanı tərk edib və bu ölkədə situasiya dəyişib. Tramp hakimiyyəti Suriyada İsrail-Türkiyə və kürdlər arasında konsensus yaratmağa çalışır. Mart ayında Tramp və Ərdoğan arasında telefon danışığından sonra Vaşinqton kürd məsələsində Ankara və kürdlər arasında konsensus yaratmağa nail oldu. Suriya kürdlərinin də daxil olduğu Suriya Demokratik Qüvvələri Koalisiyası Dəməşq hökuməti ilə birləşmə sazişi imzaladı və mərkəzi hökumətin tərkibinə daxil oldular. Bununla da Vaşinqton Ankaranın Suriyada hərbi əməliyyata başlamasının qarşısını ala bildi. Çünki bu situasiya indiki mərhələdə Ankaranı da qane edir.

Lakin İsrail-Türkiyə məsələsi gərginləşməyə davam edir. Aprelin 2-də İsrail hərbi aviasiyası Suriyada bir neçə hərbi obyekti, o cümlədən Türkiyə ordusunun hərbi bazasına çevrilməsi gözlənilən T-4 (Tiyas) aviabazasını bombaladı. İsrail rəsmiləri bunu Türkiyənin yaratmasına qarşı qabaqlayıcı addım olaraq qiymətləndirdilər.

Məsələ ondadır ki, Türkiyənin Suriyada hərbi bazalar qurması Vaşinqtonla razılaşdırılsa da, İsrail hələ də müqavimət göstərir. Netanyahu hökuməti Türkiyənin Suriyada möhkəmlənməsi, hava sahəsini nəzarətə götürməsi və Suriya ordusuna təlim keçməsi ehtimalından narahatdır.

Vaşinqtonda dünən keçirilən brifinqdə ABŞ prezidentinin Netanyahuya müraciətlə “İsrailin Türkiyə ilə problemi varsa, mən onu həll edə bilərəm. Təbii ki, bu, qarşılıqlı məntiqlə olmalıdır” deməsi İsrail-Türkiyə qarşıdurmasının ABŞ-ın maraqlarına uyğun olmaması deməkdir.

English_NEWSROOM-2025_GPOAO-Neta.jpg (120 KB)

Güman ki, ABŞ prezidenti Türkiyə və İsrail arasında Suriyada ortaq bir variant tapmağa çalışacaq. Bu isə Suriyada şərti olaraq “təhlükəsizlik xəttinin” müəyyən olunması ilə mümkündür. Aydın məsələdir ki, Türkiyə Suriyada hərbi bazalar qurmağa qərarlıdır. Bu, ABŞ-ın da maraqlarına cavab verir. İsrail üçünsə Suriyada “qırmızı xətt” ölkənin cənubudur. Netanyahu hökuməti Suriyanın yeni hakimiyyətindən ölkənin cənubunda, İsrail ordusunun yerləşdiyi ərazilərdə hərbi qüvvə, xüsusən də ağır texnika saxlamamağı tələb edir. Eyni zamanda İsrail Suriyada kürd və druz qruplarını mərkəzi hökumətə tabe olmamaları üçün iş aparır, xüsusən də cənubda yaşayan druzları İsrail və Suriya arasında “bufer” olaraq gördüyü üçün druzların muxtar bölgəyə çevrilməsi üçün ciddi cəhdlər həyata keçirir. Bu mənada İsrail Türkiyə ordusunun cənuba – İsraillə sərhəd ərazilərə yaxın olmamaq şərti ilə daha çox ölkənin mərkəz və şimal regionlarında hərbi baza qurması ilə razılaşacaq. Lakin bu, indi Ankara-Vaşinqton danışıqlarından asılı olacaq.

Ancaq Türkiyənin buna razı olacağı və ya hansı şərtlərlə razı olacağı məlum deyil. Yeri gəlmişkən, aprelin 11-də Suriyanın keçid dövrü prezidenti Əhməd Əş-Şara yenidən Türkiyəyə səfər edəcək. Onun Antalyada keçiriləcək diplomatiya sərgisində iştirak edəcəyi gözlənilir. Bu səfər zamanı Türkiyə-Suriya əlaqələri, Suriyadakı Türkiyə hərbi bazaları və türk ordusu təlimatçılarının fəaliyyəti, habelə iqtisadi-siyasi əlaqələr müzakirə olunacaq. Təbii ki, İsrailin artan təzyiqi və buna qarşı atılacaq addımlar da əsas müzakirə mövzusu olacaq. İsrailin artan provokativ addımları qarşısında həm Ankara, həm də Dəməşq hələlik hərbi qarşıdurmadan çəkinir və İsraillə münaqişəyə girmək istəmirlər.

Yeri gəlmişkən, mart ayında formalaşan yeni Suriya hökumətində türkmənlərin təmsil olunmaması türkmən icması içərisində narazılıqla qarşılanmaqla yanaşı, yüksək səslə olmasa da, Ankara dəhlizlərində də müzakirə olunmağa başlayıb.

Kənan RÖVŞƏNOĞLU

Post navigation

Previous: Metroda “Əhmədli”dən “Dərnəgül”ə necə gedəcəyik? –
Next: Türkiyə -Ermənistan sərhədində yaşayan ermənilər nələri danışdılar? –

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.