Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Baş Prokurorluq daha bir mühacir blogeri istintaqa çağırdı

User 10 Aprel 2025 - 21:17 (Last updated: 21 May 2025 - 20:15)
Baş Prokurorluq

Baş Prokurorluq

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Əlimanov İmaməddin İntiqam oğluna barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.

Məlumatda bildirilir ki, təqsirləndirilən şəxs, 06.10.1985-ci il təvəllüdlü Əlimanov İmaməddin İntiqam oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

İmaməddin Əlimanov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 05 may 2025-ci il tarixdə, saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

İmaməddin Əlimanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 27 may 2021-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci ilin may ayınadək olan müddət ərzində vahid niyyətlə müxtəlif vaxtlarda “youtube”” sosial media hesabında “Xalq tv” adlı kanal təsis etməklə həmin kanalda, o cümlədən “Osmanqızı tv” və “İnqilab tv” kanallarında yerləşdirdiyi videomüraciətlərində və çıxışlarında digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

İmaməddin Əlimanov istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 27 may 2021-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İmaməddin Əlimanova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Qabil Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.

Post navigation

Previous: Embawood şirkəti Bakıda baş vermiş dəhşətli qəza ilə bağlı “reklam” paylaşıb?
Next: Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib?

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

tramp netanyahu
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. CBS News-un məsələdən...
Read more about ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir
Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir 1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb? arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39
Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.