Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Zibilyığan axtarılır – Maaş 5 milyon manatdır

Orkhan Ali 15 Aprel 2025 - 08:12 (Last updated: 21 May 2025 - 20:15)
1744649307_zibil_qabi

NASA Ayda insana məxsus bioloji tullantıları geri dönüşdürə biləcək texnologiya üçün 3 milyon dollar mükafat verəcək. 

NASA, Ayda və digər uzunmüddətli kosmik missiyalarda yaranan insana məxsus bioloji tullantıların geri çevrilməsi üçün texnologiyaların hazırlanmasına dair elan etdiyi “LunaRecycle Challenge” adlı beynəlxalq yarışmanın qalibinə 3 milyon dollar (təxminən 113 milyon manat) mükafat verəcəyini açıqlayıb.

Yarışmanın məqsədi astronavtların Ay səthində və gələcək kosmik səfərlərdə yaratdığı tullantıların effektiv şəkildə emal edilərək yenidən istifadəsini mümkün edən texnologiyaların inkişaf etdirilməsidir. NASA-nın açıqlamasına görə hal-hazırda Apollon missiyalarından qalan 96 torba bioloji tullantı Ay səthində qalır və bu da gələcək missiyalar üçün ətraf mühit baxımından risk yaradır.

Layihə çərçivəsində hazırlanan sistemlərin, Ayda qurulması planlaşdırılan uzunmüddətli yaşayış məntəqələrində istifadəsi nəzərdə tutulur. NASA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: “NASA davamlı kosmik araşdırmalara sadiqdir. Gələcək insanlı kosmik missiyalar üçün bərk tullantılar da daxil olmaqla bütün tullantı növlərinin necə azaldılacağı, saxlanılacağı və geri çevriləcəyi məsələsi əsas prioritetlərdən biridir. Bu yolla Yerə geri göndərilməli olan tullantıların miqdarı əhəmiyyətli dərəcədə azaldıla bilər.”

NASA həmçinin yarışmanın yalnız kosmos üçün deyil, Yer üzündəki kiçik icmalar üçün də tətbiq oluna biləcək daha səmərəli və az zəhərli geri dönüşüm sistemlərinin yaradılmasına ilham verəcəyini vurğulayıb.(milli.az)

Post navigation

Previous: Taksi sürücüləri psixoloji müayinədən keçməlidir –
Next: Azərbaycana kənardan gətirilən qoyunların sayı artdı –

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.