FHN-nin tabeliyində olan qurumun 365 minlik tenderi ləğv edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsinin xüsusi maddə, maye və qaz saxlamaq üçün dəmir materialdan hazırlanmıış qabların alınması və dolumu ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Tenderin dəyəri 365 337 AZN olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.