Əfsanəvi Hollivud aktyoru Cin Hekman və həyat yoldaşı Betsi Arakavan cütlüyü iki aydan sonra dəfn edilib.
AzPost bildirir ki, onların cənazələri illər yaşadıqları Santa Fe şəhərində keçirilən dəfn mərasimində torpağa tapşırılıb.
Eonline.com xəbər verir ki, mərasimdə 95 yaşında dünyasını dəyişən aktyorun üç övladı – oğlu Kristofer (65) və qızları Elizabet (62) və Lesli (58) iştirak edib.
Xatırladaq ki, C.Hekman və B.Arakavanın cəsədləri fevralın 26-da üç itindən birinin meyiti ilə birlikdə aşkar edilib. Aktyorun ölüm səbəbi hipertoniya və aterosklerotik ürək-damar xəstəliyi kimi tanınıb, Alzheimer xəstəliyi ilə bağlı dəyişikliklər də onun ölümünə səbəb olub.
Betsi Arakava yoluxmuş gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas nəticəsində insanlara keçən nadir tənəffüs yoluxucu xəstəlik olan hantavirus ağciyər sindromundan vəfat edib.