Həkim 15 xəstəni öldürməkdə ittiham olunur

Həkim
Həkim

Berlin klinikasının həkimi 15 xəstəni öldürməkdə ittiham olunur. AzPost Reuters-ə istinadla xəbər verir ki, Berlin prokurorluğu 15 nəfərin ölümündə şübhəli bilinən həkimə qarşı ittiham irəli sürüb.

Şübhəlinin himayəsində olan palliativ xəstələrə öldürücü dozada müxtəlif dərmanlar verdiyi dəqiqləşdirilir.

“Həkim “əsas səbəblərə görə” törətdiyi qətllərdə ittiham olunub”. Xüsusilə, ilkin məlumatlara görə, o, xəstələrin razılığı olmadan və tibbi göstərişlər olmadan insanlara tənəffüs əzələlərinin iflicinə səbəb olan dərman preparatları verib”, – deyə prokurorluqdan bildirilib.

Nəşr əlavə edib ki, şübhəli şəxs cinayətləri 2021-ci ildən törədib. Qurbanlardan biri istisna olmaqla, hamısının yaşı 50-dən yuxarı olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.