“Azadlıq” radiosu rus dilində yayımı dayandırdı

Azadlıq” radiosu
Azadlıq” radiosu

“Azadlıq” radiosunun rus dilindəki verilişləri 2025-ci il aprelin 15-dən etibarən dayandırılıb.

“Azadlıq” radiosunun rus xidməti (Rusiyada xarici agent kimi tanınıb və Azad Avropa/Azadlıq Radiosu təşkilatı arzuolunmaz elan edilib) yayımların nə qədər müddətə dayandırıldığını dəqiqləşdirməyib. Qeyd olunur ki, qurum ABŞ Konqresinin ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə ayırdığı qrantlar hesabına fəaliyyət göstərirdi.

Martın 14-də Donald Trampın imzaladığı sərəncamla USAGM də daxil olmaqla yeddi federal agentliyin yenidən strukturlaşdırılmasına qərar verilib. USA Today-in məlumatına görə, bu addım dünyada 3500-dən çox media işçisinə təsir göstərə bilər.

Xatırladaq ki, “Azadlıq” radiosunun rus bölməsi 1953-cü ilin martından etibarən Şərqi və Cənub-Şərqi Avropaya yayıma başlamışdı. Təşkilatın baş ofisi Çexiyanın paytaxtı Praqada yerləşir.

Milli.Az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.