ABŞ yaxın günlərdə Ukraynada atəşkəslə bağlı qərar verəcək

ABŞ Ukraynada atəşkəsin mümkün olub-olmayacağına bir neçə gün ərzində qərar verəcək.

Bu barədə ABŞ dövlət katibi Mark Rubio jurnalistlərə açıqlamasında bildirib.

“Əgər bir neçə gün ərzində Ukraynada müharibəni dayandırmaq səylərimiz uğursuz olarsa, biz prezident Trampa danışıqların daha uyğun variant olmadığını bildirəcəyik”, – Rubio qeyd edib.

Dövlət katibi həmçinin əlavə edib ki, əgər hər iki tərəf sülhə ciddi yanaşarsa, ABŞ Ukraynadakı münaqişənin həllinə yardım etməyə hazırdır: “Əks halda ABŞ başqa prioritetlərə yönələcək”.

Onun sözlərinə görə, ABŞ hələlik Ukraynanın təhlükəsizlik zəmanətləri məsələsini açıq şəkildə müzakirə etməyə hazır deyil.

ABŞ dövlət katibi əlavə edib ki, “Avropa sanksiyalarının ləğvi razılaşmanın bir hissəsinə çevrilə bilməsi üçün Aİ ölkələri Ukraynadakı nizamlanma prosesinə cəlb edilməlidir”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.