Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Azərbaycanda inəyin sahibini 8 min cərimələdilər –

Orkhan Ali 18 Aprel 2025 - 18:43 (Last updated: 21 May 2025 - 20:15)
İnək

İnək

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.

AzPost xəbər verir ki, bir müddət əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edən ADY-yə məxsus DŞİ-001 nömrəli, 731 saylı sürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.

Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8 089.83 manat məbləğində maddi ziyan dəyib.

Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.

Məhkəmə C.M.-dən 8 190.83 manat məbləğin tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib. (qaynarinfo)

Post navigation

Previous: Broyler şirkəti borca düşüb, əmlakını girov qoyacaq
Next: Bu şəxslər hərbi xidmətə çağırılmayacaq

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.