Bu tiktokerlərin həbs müddəti uzadıldı

“TikTok”
“TikTok”

Polis tərəfindən Tiktok əməliyyatlarında saxlanılan “Magerramoff” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.

AzPost lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı şəhər Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Belə ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə tiktokerin həbs müddəti iki ay uzadılıb.

Bundan başqa, Tiktok əməliyyatlarında saxlanılan “Xozeyn” ləqəbli tiktoker Vüqar Kərimovun da həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan “Magerramoff” və “Xozeyn” ləqəbli tiktokerlərə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və onlar məhkəmənin qərarı ilə dörd ay həbs edilmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.