“Rusiya və Ukrayna qərar verməsə ABŞ vasitəçilikdən imtina edəcək” –TRAMP

Rusiya və Ukrayna müharibəni bitirmək qərarında çətinlik çəksələr ABŞ vasitəçilikdən imtina edəcək.

AzPost bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp bu gün brifində bildirib.

“Hər iki tərəf Ukraynada müharibəni bitirməyə qərar verə bilməsələr biz imtina edəcəyik. Əgər tərəflərdən biri ciddi maneələr yaratsa, biz sadəcə deyəcəyik: Siz axmaqsınız, dəhşətli insanlarsınız. Biz də hər şeydən əl çəkəcəyik. Amma ümid edirəm ki, bu nöqtəyə gəlinməyəcək”.

Tramp bildirib ki, ABŞ-ın “Rusiya və Ukrayna arasında razılaşma əldə etmək üçün çox yaxşı şansı var”.

“Hər həftə 2500 gənc döyüşlərdə ölür. Ən yaxşı avadanlıq, ən yaxşı şərait, hər şey ən yüksək səviyyədə olan çətin döyüşdür. Bu qəddardır. Biz bunu dayandıracağıq. Biz bu münaqişənin sonunu görmək istəyirik, fikirləşin”-deyə Tramp vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.