Doktor Adil Qeybulla həbsdə olan Tofiq Yaqublunu müayinə etmək üçün təcridxanada müayinə edib.
AzPost bildirir ki, bu barədə A.Qeybulla məlumat verib.
Bu gün Adil Qeybulla və Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimi ilə birlikdə Umbakı qəsəbəsindəki təcridxanada Tofiq Yaqublunu müayinə ediblər.
“Tofiq Yaqublunun hazırkı vəziyyəti 19 günlük aclığa adekvatdır. Bu gün çəkisi 83kq 350q, təzyiqi 126/84, temperatur, saturasiya, ürək döyüntüsü normaldır”.
Adil Qeybulla T.Yaqubluya aclığı dayandırmasını tövsiyyə edib. Həkim T.Yaqubluya aclıq aksiyasının protokoluna uyğun olaraq ona ringer və fizioloji məhlulların qəbulunun vacibliyini bildirib. T.Yaqubluya zəruri məhlulları köçürüb.