İran ilə ABŞ arasında ekspertlər səviyyəsində danışıqların tarixi məlum olub

Aprelin 23-nə planlaşdırılan İran-ABŞ ekspertlər səviyyəsində danışıqların Omanda vasitəçilərin iştirak ilə keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.

“Danışıqların təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü Maskatda vasitəçilərin iştirak ilə ekspert və texniki görüşlər keçiriləcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda tərəflər danışıqların aparılması üçün ümumi prinsiplər hazırlayırlar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.