Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 83 nəfərdən ibarət 21 ailə doğma yurduna qovuşub.

Açarların təqdimetmə mərasimində çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli bildirib ki, mərhələli şəkildə doğma torpaqlarına köç edən keçmiş məcburi köçkünlər üçün Ballıca kəndində hər cür şərait yaradılıb. Onların məşğulluq məsələləri diqqət mərkəzində saxlanılır.Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını bildiriblər.Ailələr açarları təhvil alıb və artıq öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.