Bakı İlahiyyat Kolleci tələbə qəbulu elan edib

Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci 2025/2026-cı tədris ili üçün dini-mənəvi xidmət ixtisası üzrə tələbə qəbulu elan edir.

Bu barədə  İlahiyyat İnstitutundan məlumat verilib.

Aşağıda qeyd edilən kateqoriyaya aid abituriyentlər Bakı İlahiyyat Kollecini seçə bilərlər.

-Tam (11 illik) orta təhsil bazası əsasında (cari və əvvəlki illərin məzunları) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış (qəbul) imtahanında iştirak edən və minimum 40 bal toplayan abituriyentlər;

-Ümumi (9 illik) orta təhsil bazası əsasında (cari və əvvəlki illərin məzunları) Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış (qəbul) imtahanında iştirak edən və minimum 50 bal toplayan abituriyentlər;

-Hər iki təhsil bazası əsasında DİM-in saytında Dini-Psixoloji Komissiya üzrə qeydiyyatdan keçib müsahibədə “məqbul” alan abituriyentlər.

Kollecə 9 illik orta təhsil bazası əsasında qəbul olmaq istəyən abituriyentlər (yalnız cari və keçən ilin məzunları) Dini-Psixoloji Komissiyaya qeydiyyat başlayana qədər DİM-ə ərizə ilə müraciət etməlidirlər.

Bakı İlahiyyat Kollecinə qəbul yalnız dövlət sifarişi əsasındadır.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani, 29

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.