2025-ci ilin I rübündə “Yapı Kredi Bank Azərbaycan”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.7% azalaraq 2 milyon 280 min manat təşkil edib.
Tribunainfo.az xəbər verir ki, bu ilin aprel ayının 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 23.3% və ya 170.3 milyon manat azalaraq 560.1 milyon manata enib.
Bu dövrdə “Yapı Kredi Bank Azərbaycan”ın cəmi öhdəlikləri 447.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 27.9% və ya 173 milyon manat azdır.
İlin üç ayı ərzində bankdan 150 milyon manata yaxın depozit geri çəkilib. Fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 16.4% və ya 17.6 milyon manat azalaraq 89.2 milyon manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 30.4% və ya 130.1 milyon manat azalaraq 297 milyon 870 min manata enib.
Beləliklə bankın ümumi depozit portfeli cari ilin ilk üç ayında 27.6% və ya 147.8 milyon manat manat azalaraq 387.1 milyon manat təşkil edib.
Bank bu müddət ərzində 23% kiçilib.