İstanbulda 6,2 bal gücündə zəlzələ olub

Xəzər
Xəzər

İstanbulda güclü zəlzələ olub.

Bu barədə AFAD məlumat yayıb.

İlk zəlzələ saat 12:13-də 3,9 bal gücündə olub. Hər iki hadisə Mərmərə dənizində, İstanbulun mərkəzindən təxminən 50 km qərbdə yerləşən Silivri şəhəri yaxınlığında baş verib.

İstanbul kənarındakı Böyükçəkməcə ərazisində saat 12:51 və 13:02-də 4,4 və 4,9 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Daxili İşlər Naziri Əli Yerlikaya bildirib ki, AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları İstanbulda baş verən zəlzələ ilə bağlı ərazi yoxlamalarına başlayıb.

Zəlzələ qonşu əyalətlərdə də hiss olunub.

“Anadolu” xəbər verir ki, yeraltı təkanlar təxminən 7 km dərinlikdə baş verib.

Yeraltı təkanlar Mərmərədə hiss edilib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.