“Azərenerji” ASC-nin müxtəlif növ kimyəvi maddələrin alınması ilə əlaqədar elan etdiyi tender ləğv olunub. Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin dəyəri 1 455 829 AZN olub.