Şamaxıda qətl hadisəsi baş verib.
Ər arvadını şəhər qəbiristanlığında öldürüb.
Arvadını qətlə yetirməkdə şübhəli bilinən Vüsal Hidayətov saxlanılıb.
APA-nın xəbərinə görə, rayon sakini Vüsal Hidayətov həyat yoldaşı Sevda Hidayətovanı qətlə yetirməkdə şübhəli bilinir.
Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.
V. Hidayətov saxlanılaraq istintaqa təhvil verilib.