Gəncənin icra başçısı şəhid plakatlarının sökülməsinə göstəriş verib?

Gəncə-Bakı yolundakı, eləcə də Gəncə şəhərindəki bütün Şəhid plakatları və şəkilləri söküləcək və sökülməlidir. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 23 aprel 2025-ci il tarixində Gəncəli Şəhid ailələri ilə görüşündə deyib.

AzPost bildirir ki, bu barədə Gəncədəki şəhid ailələri tərəfindən Etikxeber.az-a daxil olan məlumatda bildirilib.

Bildirib ki, ya Şəhid ailələri özləri plakatları, şəkilləri sökməli, ya da yerli qurumlar tərəfindən Şəhid plakatları və şəkilləri sökdürüləcək. İcra başçısı hətta vaxt da qoyub.

Qeyd olunub ki, bu addım bütün Şəhid ailələrinin narazılığına səbəb olub.

Şəhid ailələri Gəncə şəhər İcra Hakimiyyətinin bu addımı ilə heç cür razılaşmadıqlarını və razılaşmayacaqlarını bildiriblər.

P.S. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.