Ölkədə cəmi 150 min vətəndaşın bankda əmanət hesabı var

Mərkəzi Banka yeni baş direktor
Mərkəzi Banka yeni baş direktor
Azərbaycanda cəmi 150 min vətəndaşın banklarda əmanət hesabı var.
AzPost bildirir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov dünən müstəqil iqtisadçı ekspertlərlə görüşü zamanı deyib.
Bu barədə görüşdə iştirak edən iqtisadçı Natiq Cəfərli bildirib.
Taleh Kazımov həmçinin qeyd edib ki, nə Mərkəzi Bank, nə də hökumət yaxın-orta vadədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər.
N.Cəfərli görüşün səmərəli keçdiyini vurğulayıb.
Bank hesablarının belə az olmasını şərh edən N. Cəfərli bildirib ki, bu ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir: “Səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır”.
Görüşdə T.Kazımov bildirib ki, Mərkəzi Bank  inzibati alətlərdən istifadəı etmək istəmir, salahyyətləri çırçivəsində iqtisadi alətlərə üstünlük verir.
N.Cəfərli həftəlik valyuta satışı ilə bağlı nəticələrin daha nə üçün açıqlanmadığını soruşub.
MB sədri deyib ki, hər ay nə qədər valyuta satıldığı, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir.  Bunu kifayət qədər arqumentli əsas saydığını deyən N. Cəfərli hərracın nəticələri ilə bağlı həftəlik ümumi məlumat verilməsini təklif edib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.