Rusiya və ABŞ kəşfiyyat xidmətlərinin rəhbərləri görüşə bilər

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff ilə mümkün görüş barədə danışıb.

Narışkin amerikalı həmkarı ilə telefon danışığının olduğunu söyləyib.

“Bizim həmkarımızla, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ilə telefon danışığımız oldu. Çox konstruktiv söhbət oldu. Ona görə də bir müddət ərzində görüşün baş tutacağını istisna etmirəm”, – SVR rəhbəri vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.