Müdiri öldüyü üçün 3 ildir işdən çıxa bilmirdi –Məhkəməyə müraciət etdi

Bakıda yaşayan bir qadın 2022-ci ildə aylıq 150 manat rəsmi əmək haqqı ilə 3 aylıq xadimə kimi işə düzəldiyi şirkətdən 3 il rəsmi olaraq işdən ayrıla bilməyib.
Qaynarinfo-nun məlumatına görə, G.M. adlı qadın 2022-ci ildə “Global A Pro” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) xadimə vəzifəsində işə başlayıb. Təxminən 3 ay çalışdıqdan sonra G.M. şirkət rəhbərinə ərizə təqdim edərək işdən çıxmaq istədiyini bildirib. Şirkət rəhbəri onunla əmək müqaviləsinə xitam veriləcəyini qeyd edib.
Lakin G.M. həmin vaxtdan etibarən işdən ayrıldığını düşünsə də, 2025-ci ildə yeni bir işəgötürənlə əmək müqaviləsi bağlamaq istədikdə məlum olub ki, o, hələ də rəsmi olaraq əvvəlki iş yerində işləyən şəxs kimi görünür. Elektron informasiya sistemində onun hələ də “Global A Pro” MMC-də qeydiyyatda olduğu üçün yeni işə qəbul olunması mümkün olmayıb.
Bu səbəbdən G.M. şirkətin rəhbərini tapmağa çalışıb və bu zaman rəhbərin artıq vəfat etdiyi məlum olub. Çarəsiz qalan qadın hüquqi yolla problemi həll etmək üçün məhkəməyə müraciət edib.
Məhkəmə G.M.-nin iddiasını təmin edib və onunla “Global A Pro” MMC arasında 2022-ci ildə bağlanmış əmək müqaviləsinin rəsmən ləğv olunmasına qərar verib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.