İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Karlo Ançelotti vəzifəsindən ayrılmaq istədiyini klubun rəhbərliyinə bildirib.
AzPost xarici mediaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu barədə futbolçuları da məlumatlandırıb.
İddiaya görə, yaxın vaxtlarda klubla baş məşqçi arasında müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün danışıqlar aparılacaq.
Böyük ehtimalla, 65 yaşlı çalışdırıcı karyerasını Braziliya millisində davam etdirəcək.
Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ildən “Real Madrid”in baş məşqçisi postunda çalışır. O, 2013-2015-ci illərdə də La Liqa təmsilçisinə rəhbərlik edib.