“İsti qarşılanmaya görə qardaşım Prezident İlham Əliyevə təşəkkür edirəm” –İran Prezidenti

Hər şeydən əvvəl qardaşım Prezident İlham Əliyevə bizi isti və mehriban qarşılamasına görə təşəkkür edirəm.

Bunu İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

İran Prezidenti deyib ki, biz qədimdən bir yerdə olmuşuq: “Qonşular arasında hasarlar, sərhəd olsa da, həmişə bir-biri ilə əlaqə saxlayırlar. Biz çox sayda müştərək məqamlara malikik və bu müştərəkliklərlə iftixar edirik. Biz əlaqələrimizi davam etdirəcəyik. Bir çox məsələlərdə təcrübələrimizi öyrənə bilərik”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.