Gəncədə bıçaqlanma hadisəsi baş verib.
baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, hadisə söyüş üstə baş verib.
Belə ki, qətlə yetirilən 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb. Məlumata görə, hadisədən əvvəl tərəflər arasında mübahisə düşüb. Onların dost olduğu bildirilir.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. 30 yaşlı Eyyub Talıbov və 31 yaşlı Osman Nağıyev bıçaqlanma ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Eyyub Talıbov xəstəxanada ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.