Moskvada çoxmərtəbəli binada partlayış olub –2 ölü, 15 yaralı /VİDEO

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub.

Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.

Hüquq-mühafizə orqanları ən az iki nəfərin öldüyünü açıqlayıb.

partlayışda yaralananların sayı 15-ə çatıb.

Güclü partlayış nəticəsində, mərtəbələr arasındakı hissəyə ciddi ziyan dəyib və girişin uçma təhlükəsi var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.