Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi yeni layihənin icrasına başladı

User 05 May 2025 - 13:45 (Last updated: 21 May 2025 - 20:55)
la

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihənin icrasına başlayıb. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyi tərəfindən maliyyələşir.

Layihə fəaliyyəti çərçivəsində 15-18 iyun 2025-ci il tarixində Belarus Respublikasının paytaxtı Minsk şəhərində  “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir.Konfransda Belarusun dövlət orqanlarının təmsilçilərinin,Vətəndaş Cəmiyyəti İnstitutlarının,Diaspora nümayəndələrinin iştirakı nəzərdə tutulub.Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək.

Layihə çərçivəsində həmçinin İmişli və Beyləqan rayonlarında Qərbi Azərbaycan icmalarının iştirakı ilə konfranslar və Bakı şəhərində yekun konfransın keçirilməsi fəaliyyət planına daxil edilmişdir.

Təqdimatlarda  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri,hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar veriləcək. Regionlarda keçirilən yerli konfranslarda Konsepsiya sənədində yer alan problemin təsviri,hədəf məqsədlər və yanaşma, planlama və icranın əsas mövzuları,beynəlxalq hüquqi çərçivə və zəmanət, icmanın üzvlərinin müəyyən edilməsi və siyahıyaalınması, qayıdış planının hazırlanması, Ermənistanın hüquqi çərçivəsinə münasibət, təhlükəsizliyin təmin olunması, mülkiyyət məsələləri, re-inteqrasiya və reabilitasiya, mədəni irsin bərpası və qorunması, etnik icmalar arası barışıq maddələri üzrə detallı məlumatlar təqdim olunacaqdır.Proseslərə gənclərin cəlb olunması əsas hədəflərdəndir.Məqsəd gənc nəslin bu istiqamətdə məlumatlarının artırılması və öz dədə-baba torpaqları haqqında geniş bilgilərə sahib olmasıdır.

Layihə çərçivəsində Qərbi Azərbaycan icmasının 200 nəfər nümayəndəsi arasında tədqiqat məqsədli sorğular keçiriləcək.Tədqiqatın əsas məqsədi bu istiqamətdə ehtiyacların və hədəflərin müəyyənləşdirilməsi,icma üzvlərinin qayıdış prosesinə real fikirlərinin əldə edilməsidir.Tədqiqatın sonunda analiz aparılacaq və hazırlnmış hesabat sənədi Qərbi Azərbaycan İcmasına təqdim olunacaq.

AzPost.az

Post navigation

Previous: Toğrul Quluzadə, Elnur Hüseynov və Rəşadət Məmmədova vəzifə verildi
Next: Bakıda qəbir dələduzluğu: 650 manat aldı, amma…

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.