BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda fəaliyyətini dayandırır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Azərbaycan Hökumətindən rəsmi bildiriş alıb və ölkədəki fəaliyyətini başa çatdırır.

Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) sözçüsü Metyu Saltmarş bildirib.

O qeyd edib ki, BMT Azərbaycan Hökuməti və xalqı ilə 33 illik tərəfdaşlığını yüksək qiymətləndirir və bu müddət ərzində BMT Azərbaycanda əsas inkişaf prioritetlərinin irəlilədilməsini dəstəkləyib:

“UNHCR bütün tərəfdaşlar və donorlarla məsləhətləşmələr aparmaqla öz fəaliyyətinin məsuliyyətli şəkildə başa çatdırılmasını təmin etməyə sadiqdir”.

Metyu Saltmarşın sözlərinə görə, BMT bütün üzv dövlətlərdə olduğu kimi, Azərbaycan Hökuməti ilə də fəal dialoqu davam etdirir ki, qurumun fəaliyyəti ölkənin milli inkişaf prioritetləri ilə uzlaşsın və 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsinə töhfə versin

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.