Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Evə həm hava, həm də ruhi rahatlıq gətirən 7 möcüzəvi bitki

Orkhan Ali 17 Yanvar 2026 - 20:24 (Last updated: 17 Yanvar 2026 - 11:58)
Otaq bitkiləri

Otaq bitkiləri

Ev mühitində təbii bitkilərin saxlanılması təkcə dekorativ gözəllik üçün deyil, həm də sağlamlıq və psixoloji rahatlıq üçün önəmlidir. AzPost xəbər verir ki, aparılan son araşdırmalara görə, bəzi bitkilər havadakı zərərli maddələri təmizləməklə yanaşı, insanda stressi və narahatlığı azaldır.

Mütəxəssislər ilk növbədə sanseviera (xalq arasında “ana dili” kimi tanınır) bitkisini tövsiyə edir. Bu bitki gecələr belə oksigen ifraz edir və havanı zərərli toksinlərdən təmizləyir. Digər effektiv bitki isə aloeveradır. Bu bitki havanı təmizləməklə yanaşı, dəri üçün də faydalı xüsusiyyətlərə malikdir.

Lavanda bitkisi isə yuxusuzluq, narahatlıq və əsəb gərginliyi üçün olduqca təsirlidir. Onun ətri ruhi rahatlıq yaradır və sinir sistemini sakitləşdirir. Fikus bitkisi də havanı təmizləyən, toz və allergenləri azaldan təsirə malikdir. Bu bitki həm də dekorativ görünüşü ilə evdə pozitiv aura və hava yaradır.

Yasəmən və bənövşə bitkiləri isə xoş ətrinin yanında stressi azaldan və əsəb sisteminə sakitləşdirici təsir göstərən bitkilər sırasındadır. Həmçinin xurma palmaları rütubəti tənzimləyir və evdə quru hava probleminin qarşısını alır. Bu bitki eyni zamanda vizual baxımdan da rahatlıq gətirir.

Mütəxəssislər bildirir ki, evdə bu kimi bitkilərin olması yuxu rejimini yaxşılaşdırır, iş qabiliyyətini artırır və ümumi psixoloji rahatlığı təmin edir. Beləliklə, həm havanı təmizləyən, həm də ruhu dincəldən bu təbii dekorativ bitkilər evlər üçün əvəzolunmaz sayılır.

AzPost.az

Post navigation

Previous: Kinoya baxarkən beyin necə işləyir? –
Next: Qarışqa koloniyası: Kimin hansı vəzifəsi var?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Şuşa qalası önündə...
Read more about İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.